2020/2021-ci tədris ilində bakalavriat səviyyəsində təkrar ali təhsil almaq üçün tələbə qəbulu elan edir

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Dövlət Aqrar Universiteti
2020/2021-ci tədris ilində bakalavriat səviyyəsində
təkrar ali təhsil almaq üçün tələbə qəbulu elan edir.


Əyani təhsil forması üzrə mütəxəssis hazırlığı aparılan bütün ixtisaslara, qiyabi təhsil forması üzrə “torpaqşünaslıq və aqrokimya”, “aqronomluq”, “ekologiya”, “yerquruluşu, torpaq və şəhər kadastrı”, “istehlak mallarının ekspertizası və marketinqi”. “zootexniklik”,“aqromühəndislik”,“yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi”, “elektrik mühəndisliyi”, “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”, “mühasibat uçotu və audit”, “maliyyə”, “iqtisadiyyat”, “biznesin idarə edilməsi”, “menecment”, “menecment(alman proqramı)” və “marketinq” ixtisaslarına.

Təkrar ali təhsil ödənişli formada vətəndaşlar, həmçinin müəssisə, təşkilat və idarələrlə Universitet arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir.

1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
Rektorun adına ərizə;
Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti (diploma əlavə ilə birlikdə);
İş yerindən arayış (işlədiyi halda);
3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;
Şəxsiyyət vəsiqəsinin surəti;
Təhsil haqqını ödəmək haqqında fərdi müqavilə.
2020-ci ilin məzunları diplom əvəzi – müvəqqəti arayış təqdim edə bilərlər.
Sənədlər iyulun 1-dən sentyabrın 11-dək (istirahət günlərindən başqa) onlayn qəbul edilir.
Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun ödənilir.
Təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr ali peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilir.
Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 450.
E-mail: xalsa_nesibova@mail.ru
Telefon: (022)266-89-57

REKTORLUQ