ADAU valideynlər üçün məmnunluq sorğusu elan edir

Azərbaycan Dövlət Aqrar Universiteti keyfiyyət siyasətinə və 2021-2025-ci illər üzrə inkişaf strategiyasına uyğun olaraq maraqlı tərəflərin təhsilin keyfiyyətinin yüksəldilməsində rolunun artırılması, təklif və tövsiyələrinin nəzərə alınması üçün növbəti məmnunluq sorğusunu - valideyn məmnunluq sorğusunu elan edir.

Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə ADAU-da keçirilən bu sorğu, əsas maraqlı tərəflərdən biri kimi təhsilalanların valideynlərinin fikirlərinin öyrənilməsinə, sosial məsuliyyət hissinin aşılanmasına, “universitet-valideyn” əməkdaşlığının inkişafına yönəlib.

ADAU bütün valideynləri sorğuda iştiraka dəvət edir!

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=gRKoIxy-JEqfi4YZ6WPjme_srj3TIhxEj0yni4fLGZdUMFdNNFc3OU1QRUQ3UE1NVFBVSDNIUzNRQS4u