Aqrar Universitetdə aqronomluq, torpaqşünaslıq və aqrokimya, bitki mühafizəsi və zoomühəndislik ixtisasları üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması layihəsi” çərçivəsində aqronomluq, torpaqşünaslıq, aqrokimya, bitki mühafizəsi və zoomühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb.

Layihənin məqsədi aqronomluq, torpaqşünaslıq və aqrokimya, bitki mühafizəsi və zoomühəndislik ixtisasları üzrə orta ixtisas və ya ali təhsil almış, eyni zamanda bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılmasıdır.

Nəzərə çatdıraq ki, təkmilləşdirmə kursları ödənişsizdir. Bakı şəhəri və ətraf rayonlardan kurslarda iştirak etmək istəyənlər universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunacaqlar.

Həmçinin kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Müraciət üçün son tarix: 21 avqust 2021-ci il
Müraciət üçün linkə daxil olun: https://bit.ly/3stu0r6

Aqrar Universitetdə aqronomluq, torpaqşünaslıq və aqrokimya, bitki mühafizəsi və zoomühəndislik ixtisasları üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıbAqrar Universitetdə aqronomluq, torpaqşünaslıq və aqrokimya, bitki mühafizəsi və zoomühəndislik ixtisasları üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıbAqrar Universitetdə aqronomluq, torpaqşünaslıq və aqrokimya, bitki mühafizəsi və zoomühəndislik ixtisasları üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb