Düşün və Yarat Hakatonuna qeydiyyat başladı!

Hörmətli tələbələr,
5-6 May 2026-cı il tarixində Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində Gəncə Dövlət Aqrar Kolleci və ADAU İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə "Düşün və Yarat Hakatonu" keçiriləcək.

Hakatonda iştirak edəcək komandalar aşağıdakı şərtlərə cavab verməlidir:
- Komanda heyəti 4 nəfərdən ibarət olamlıdır (1 nəfər universitetin tələbəsi olmalıdır).
- Komandalar yarış zamanı tam komanda ilə iştrak etməlidir.
- Komandaya 1 nəfər rəhbər təyin edilməlidir.
- Hər komandanın müəllim heyətindən mentoru olmalıdır.
- Komandalar qeydiyyatdan keçərkən ideya və MVP(minimum işlək məhsul) təqdim etməlidirlər.
- Qeydiyyat forumunu komanda rəhbəri doldurmalıdır və komanda haqqında məlumat verməlidir.


Qeydiyyat üçün son tarix: 26.04.2026

Qeydiyyat linki: https://forms.gle/zpeVta9LkxAcr2fN6

Düşün və Yarat Hakatonuna qeydiyyat başladı!