SABAH qrupları üçün müəllim seçimi elan olunur

ADAU-da 2026/2027-ci tədris ilinin I semestrində Aqronomluq və Aqromühəndislik ixtisasları üzrə SABAH qruplarına tədrisə cəlb edilməsi məqsədilə müəllim seçimi müsabiqəsi elan edilir (fənlərin siyahısı əlavə olunur).

Seçimdə iştirak etmək üçün müraciətlərin qəbulu 08.06.2026-16.06.2026-ci il tarixlərində aparılacaqdır.

Müsabiqə 3 mərhələdə təşkil ediləcəkdir:
1. CV dəyərləndirilməsi mərhələsi (17.06.2026 - 19.06.2026)
2. Müsahibə mərhələsi (22.06.2026 – 24.06.2026)
3. Sınaq dərsləri mərhələsi (29.06.2026-01.07.2026)


Seçim müsabiqəsində iştirak etmək istəyən namizədlər Aqronomluq ixtisası üzrə proqram rəhbəri Vüqar Bəşirov (vugar.bashirov@adau.edu.az) və Aqromühəndislik ixtisası üzrə proqram rəhbəri Ayaz Həsənov (ayaz.hasanov@adau.edu.az) ilə əlaqə saxlaya bilər. Email göndərərkən namizədlər CV, tədris proqramı və müvafiq fənn sillabusunu təqdim etməlidir.

Namizədlərin müraciət mətnində bu məlumatlar olmalıdır: SABAH qruplarında tədris etmə motivasiyası, iş təcrübəsi (ümumi və ixtisası üzrə), namizədin istehsalat/sənaye əlaqələri, sahə üzrə elmi biliklər və elmi göstəricilər (nəşrlər, tədqiqatlar və akademik nailiyyətlər).

Sillabuslar SABAH proqramının innovativ tədris metodlarına (tələbinin tədris prosesində aktiv iştirakını təmin etmək: müzakirələr, tapşırıqlar, sual-cavab, layihələr və s.; nəzəriyyəni təcrübə ilə əlaqələndirmək; mütəmadi kollokviumlar keçirməklə tələbələrin öyrənmə dinamikasını müəyyən etmək, fənn sillabusu təlim nəticələrini inteqrasiya etməli və müasir elmi-metodik mənbələrə əsaslanmaılıdır, tələbələrin bilik və bacarıqlarının obyektiv və şəffaf qiymətləndirilməsi metodlarının tətbiqi) uyğunlaşdırılmalıdır.

Qeyd 1. SABAH qruplarında tədris dili Azərbaycan dilindədir və müəllimlər tədrisə saathesabı əsaslarla (25 AZN/saat) cəlb olunacaq.

Aqronomluq ixtisasında fənlərin siyahısı:
1. İnformatika, 45 s. – 15 müh, 30 lab
2. Aqroekologiya, 45 s. – 15 müh, 30 sem
3. Genetika, 45 s. – 15 müh, 30 lab
4. Torpaq münbitliyi, qida maddələri və gübrələrdən istifadə, 45 s. – 15 müh, 30 lab
5. Mikrobiologiya, 45 s. – 15 müh, 30 lab
6. Bitki mühafizəsi (fitopatologiya), 60 s. – 30 müh, 30 lab
7. Bitki mühafizəsi (entomologiya), 60 s. – 30 müh, 30 lab
8. Yem bitkiləri (tarla yem istehsalı), 45 s. – 15 müh, 30 lab
9. Heyvandarlıq, balıqçılıq və arıçılıq, 45 s. – 15 müh, 30 lab
10. Torpaqların deqradasiyası və rekultivasiyası, 30 s. – 15 müh, 15 sem
11. Azərbaycan tarixi, 60 s. – 30 müh, 30 sem
12. Xarici dildə işgüzar və akademik kommunikasiya – 1, 90 s. – 90 sem
13. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, 45 s. – 45 sem
14. Riyaziyyat, 60 s. – 30 müh, 30 sem
15. Botanika - (bitki morfologiyası, anatomiyası və sistematikası), 75 s. – 30 müh, 45 lab
16. Geodeziya və torpaq kadastrı, 45 s. – 15 müh, 30 lab


Aqromühəndislik ixtisasında fənlərin siyahısı:
1. Multikulturalizmə giriş, 45 s. – 15 müh, 30 sem
2. Sahibkarlığın əsasları və biznesə giriş, 45 s. – 15 müh, 30 sem
3. Tətbiqi riyaziyyat, 45 s. – 15 müh, 30 sem
4. Tərsimi həndəsə və mühəndis qrafikası, 45 s. – 15 müh, 30 lab
5. Materialşünaslıq, 45 s. – 15 müh, 30 lab
6. Kənd təsərrüfatı traktor və avtomobilləri, 120 s. – 60 müh, 60 lab
7. Torpaqqoruyucu texnologiyalar, 45 s. – 15 müh, 30 lab
8. Azərbaycan tarixi, 60 s. – 30 müh, 30 sem
9. Xarici dildə işgüzar və akademik kommunikasiya – 1, 90 s. – 90 sem
10. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, 45 s. – 45 sem
11. Xətti cəbr və analitik həndəsə, 45 s. – 15 müh, 30 sem
12. Fizika, 120 s. – 60 müh, 60 lab


SABAH qrupları üçün müəllim seçimi elan olunur