FAKÜLTƏ HAQQINDA

FAKÜLTƏ HAQQINDAAqronomluq fakültəsi Azərbaycan Dövlət Aqrar Universitetinin ən qocaman fakültəsidir. 1920-ci il dekabrın 14-də Bakı Politexnik İnstitutunun tərkibində yaradılmış kənd təsərrüfatı fakültəsinin 8 kafedrasından 5-i (botanika, meteorologiya, torpaqşünaslıq, ümumi əkinçilik) məhz aqronomluq profilli olmaqla, 1926-cı ildən 1929-cu ilədək aqronomluq şöbəsinin tərkib hissəsi kimi fəaliyyət göstərmişdir.

Kənd təsərrüfatı fakültəsi 1929-cu ilədək fəaliyyətini davam etdirmiş, həmin ilin may ayında Xalq Komissarları Sovetinin qərarı ilə bu fakültənin bazasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu təsis edilmiş, burada yaradılmış tarlaçılıq fakültəsi, sonralar aqronomluq fakültəsi kimi adlandırılmışdır.

Fakültəyə müxtəlif illərdə görkəmli alimlər: Vladimir Pavloviç Smirnov-Loqinov, Hüsü Nağıyev, B.Makinski, E.Kuçayev, Mikayıl Qulubəyov, Əliqulu Nərimanov, Ələkbər Quliyev, Niyaz Səfərov, Hidayət Aslanov, Firudin Babayev, Hüseyn Xəlilov, Bilal Bayramov, Faiq Məmmədov, Çingiz Novruzov, Yasir Cəfərov, Cəmil Hacıyev, Nizami Seyidəliyev, Hasil Fətəliyev rəhbərlik etmişdir. Hazırda fakültənin dekanı Azərbaycan Respublikasının Əməkdar müəllimi, dosent Məhərrəm İsmayılovdur.

FAKÜLTƏ HAQQINDA


Aqronomluq fakültəsinin təşəkkülü və inkişafında, həmçinin milli elmi pedaqoji kadrların hazırlanmasında görkəmli əcnəbi alimlər - V.P.Smirnov-Loqinov, A.A.Qrossheym, V.V.Akimtsev, D.V.İvanov, İ.V.Fiqurovski, D.A.Şutov, M.V.Brjezitski, N.İ.Malov, P.E.Qrebennikov və başqalarının dəyərli köməyi olmuşdur. Bu alimlərdən bir çoxu müvafiq kafedralara rəhbərlik etmiş, elmi rəhbərlikləri ilə onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.

Hazırda aqronomluq fakültəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində “Aqronomluq”, “Meşəçilik”, “Ekologiya”, “Su bioehtiyatları və akvakultura” və “Bağçılıq və tərəvəzçilik” ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.

Öz fəaliyyəti dövründə bu fakültədə müxtəlif ixtisaslar üzrə 10 mindən artıq yüksək ixtisaslı aqrar mütəxəssislər hazırlanmışdır. Onların sırasında görkəmli elm, dövlət və siyasi xadimlər, əmək qəhrəmanları vardır.

Fakültənin məzunları – akademiklər Həsən Əliyev, Validə Tutayuq, İmam Mustafayev, Ələkbər Quliyev, Cəbrayıl Hüseynov, Müzəffər Abutalıbov, Vahid Hacıyev, Məmmədtağı Cəfərov, Məhərrəm Babayev, akademiyanın müxbir üzvləri Kazım Ələkbərov, Məmməd Emin Salayev, Mahmud Abdullayev, Zeynal Əkpərov, professorlar Mövsüm Poladov, Həsən Seyidov, Əsgər Orucov, Hüseyn Xəlilov, Bala Ağayev, Məmmədxan Tağıyev, Cəbrayıl Əliyev, İdris Axundzadə, Xalis Güləhmədov, Viktor Zaytçev, Niyaz Səfərov, Ülfət Rəhimov, Nazim Axundov, Firudin Babayev, Faiq Məmmədov, Zaur Rəhimov, Mahmud Xəlilov, Musa Məmmədov, Kərəm Əsədov, Sevda Behbudova, Fəzli Hacıyev, Yusif Ağayev, Sarı Əliyev, Şikar Əliyev, Nizami Ağayev, Tahir Əliyev, Fərman Quliyev, Fizuli Axundov, Zaur Həsənov, Amin Babayev, Nizami Seyidəliyev, Allahverdi Seyidov, Hasil Fətəliyev, Həsənəli Aslanov elm sahəsinə təyinat almışlar.


Hazırda aqronomluq fakültəsində zəngin maddi texniki baza, o cümlədən müasir tədris avadanlıqları ilə təchiz edilmiş auditoriyalar və laboratoriyalar fəaliyyət göstərir. Fakültənin alimləri yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlığı ilə yanaşı kənd təsərrüfatı elminin inkişafına da dəyərli töhfələr verirlər.

Burada fəaliyyət göstərən bağçılıq, biologiya, bitkiçilik, ekologiya, meşəçilik, ümumi əkinçilik, genetika və seleksiya kafedralarının kollektivləri pedaqoji və tədris metodiki fəaliyyətlə yanaşı, həm də aqrar elmin müxtəlif sahələri üzrə geniş elmi-tədqiqat işi aparır, Respublikanın qabaqcıl şirkət və fermerləri ilə yaxından əlaqə saxlayaraq, onlara əməli köməkliklər göstərir, öz elmi axtarışlarının nəticələrini müxtəlif torpaq-iqlim şəraitində bölgələr üzrə təsərrüfatlarda sınaqdan keçirirlər.

Aqrar bölmənin inkişafı ilə əlaqədar olaraq indi elmi-tədqiqat işləri üçün kafedraların əsas bazası qabaqcıl təsərrüfatlar, elmi-tədqiqat institutları, universitetin tədris təcrübə təsərrüfatıdır.

Fakültənin professor-müəllim heyəti tədris və elmi tədqiqat işləri ilə yanaşı dərslik, dərs vəsaiti və monoqrafiyaların hazırlanmasında da fəal iştirak edirlər.

PROFESSOR – MÜƏLLİM HEYƏTİ

Elmlər doktoru, professor - 3 nəfər
Fəlsəfə doktoru, dosent - 50 nəfər
Baş müəllim- 8 nəfər
Assistent- 37 nəfər


2020-ci ildə fakültə yenidən təşkil olunaraq yeni tədris korpusuna köçürülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ilin iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər. Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, dövlət əsaslı vəsait qoyuluşu - investisiya xərcləri hesabına tikilmiş yeni tədris korpusunda müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün hər cür şərait yaradılıb.

Professor-müəllim heyətinin və tələbələrin ixtiyarına ən yeni əyani vasitələr və avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar verilib. Binada bütün zəruri infrastruktur qurulub. İnzibati xidmət və digər yardımçı otaqlar yaradılıb. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alır.

FAKÜLTƏ HAQQINDA

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq olunmuş protokola uyğun olaraq 2020/2021-ci tədris ilində bakalavriat səviyyəsində “Aqronomluq”, “Bitki mühafizəsi”, “Aqromühəndislik” və “İqtisadiyyat” ixtisaslarına beynəlxalq ikili diplom proqramları üzrə yalnız dövlət sifarişi əsasında (ödənişsiz) tələbə qəbulu aparılır.

Hər iki ali təhsil müəssisəsinin diplomlarının verilməsi ilə yekunlaşan tədris və təcrübə prosesinin bir hissəsi Ege Universitetində təşkil olunacaqdır. Bundan başqa, dərslər hər iki ali təhsil müəssisəsinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılacaqdır. Tələbələrin təhsil müddətində bütün xərclər Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına ödəniləcəkdir. Bu xərclərə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Ege Universitetində təhsil, yay məktəbində və istehsalat təcrübəsində iştirak xərcləri daxildir. Tələbələr aylıq stimullaşdırıcı təqaüdlə təmin olunurlar.

FAKÜLTƏ HAQQINDAFAKÜLTƏ HAQQINDAFAKÜLTƏ HAQQINDAFAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA