Bağçılıq kafedrası

Bağçılıq kafedrası1931-ci ildə “Bağçılıq və tarlaçılıq” adı altında yaranmış kafedraya professor S.V.Krainski rəhbərlik etmişdir. Sonralar müxtəlif adlarla fəaliyyət göstərən kafedralara (“Meyvəçilik”, “Tərəvəzçilik”, “Bağçılıq”, “Meyvəçilik və tərəvəzçilik”, “Üzümçülük”, “Üzümçülük və bitkiçilik məhsullarının saxlanılması və emalı texnologiyası”) dosentlər M.A.İsmayılov, A.İ.Zeynalov, professorlar İ.Pavlov, D.Beketovski, M.Xavrenko, D.Hacıyev, P.Bolqarev, C.Əliyev, Ş.Əliyev, Z.Həsənov, dosentlər H.Atakişiyev, Ə.İsgəndərov, D.Qasımov, F.Şərifov, T.Tanrıverdiyev, Q.Hüseynov rəhbərlik etmişlər.

Kafedrada 3 istiqamətdə: meyvəçilik, tərəvəzçilik və üzümçülük ixtisasları üzrə elmi - tədqiqat işləri aparılır.

Kafedra Rusiya, Türkiyə, Polşa, Sloveniya, İtaliya və Amerika universitetlərinin müvafiq kafedraları ilə əlaqələr qurmuş, kafedra əməkdaşları ERASMUS+Mövlanə proqramları çərçivəsində beynəlxalq qrant layihələri (Glimmer və Nizami), həmçinin Elmin Inkişafı Fondunun layihələrini həyata keçirmişlər.
Kafedrada respublikanın əksər bölgələri ilə əlaqələr qurularaq fermer və sahibkarlara müvafiq sahələr üzrə təlimlər keçirilir, məsləhətlər verilir, elmi-tədqiqat institutları ilə təcrübə mübadiləsi aparılır, istehsalat qabaqcılları kafedraya dəvət olunur, tədris prosesinin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi məqsədi ilə alim və mütəxəssislər üçün ustad dərsləri təşkil edilir.

Tədris prosesinin istehsalatla əlaqəli aparılması üçün qabaqcıl təsərrüfatlara səfərlər təşkil olunur, müasir istixana və bağlarda çalışan magistr və bakalavr məzunlarla əlaqə saxlanılır, onlar kafedraya dəvət olunur, tələbələrin istehsalat təcrübəsinin səmərəli təşkili ilə bağlı təcrübə mübadiləsi aparılır.
Hazırda kafedraya dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Hüseyn İdrisov rəhbərlik edir.

Kafedranın professor-müəllim heyəti 13 nəfərdən: (1 nəfər elmlər doktoru, professor, 10 nəfər fəlsəfə doktoru, dosent, 2 nəfər assistent) ibarətdir.
KAFEDRA MÜDİRİ


İdrisov Hüseyn Əkbər oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Həsənov Zaur Müzadil oğlu
Professor
HAQQINDA MƏLUMAT (CV)



Süleymanova Yeganə Vahid qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Mənzər Məsim qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



İsmayılov Abbas Hacı oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Ələkbərova Məhsəti Mikayıl qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Abduləliyeva Sevil Şəmşir qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Həsənova Məhbubə Məmməd qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Ağayev Fəqan Fizuli oğlu
Dosent əvəzi
HAQQINDA MƏLUMAT (CV)



Sərdarova Dilarə İslam qızı
Baş müəllim, aqrar elm.üzrə fəl.dok
HAQQINDA MƏLUMAT (CV)



Muradova Leyla Ramiz qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Aslanova Fəridə Asim qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)