Biologiya kafedrası

Biologiya kafedrasıBiologiya (keçmiş Botanika) kafedrası 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibindəki kənd təsərrüfatı fakültəsində yaranan ilk kafedralardandır. Kafedranın təşkilatçısı və müdiri dünya şöhrətli botanik, SSRİ EA-nın həqiqi üzvü, akademik Aleksandr Alfonsoviç Qrossheym olmuşdur. Sonralar kafedraya professorlar N.A.Lebedev, V.İ.Razdorski, 1926-1937-ci illərdə polyak əsilli professor M.V.Brjezitski rəhbərlik etmişdir.

Kafedra öz fəaliyyəti dövründə 6 nəfər elmlər doktoru, 60-dan çox elmlər namizədi, 100-ə yaxın magistr yetişdirmişdir.

Biologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrası

1939-cu ildən 1980-ci ilədək kafedraya fenomenal tədqiqat qabiliyyətinə malik, Şərqin görkəmli alimi, biologiya üzrə ilk elmlər doktoru azərbaycanlı qadın, professor, akademik Validə Xasbulat qızı Tutayuq rəhbərlik etmişdir. O, 1957-ci ildə Azərbaycan EA-nın Botanika İnstitutuna direktor təyin olunduqdan sonra kafedraya (1957-1962) akademik Ələkbər Quliyev rəhbərlik etmişdir. Akademik V.Tutayuq 1962-ci ildən ömrünün sonunadək (1980) kafedraya yenidən rəhbərlik etmişdir.

Biologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrası

Akademik V.Tutayuq bu kafedrada Azərbaycanda ilk dəfə olaraq bitki anatomiyası və morfologiyası, sitologiyası və filogeniyası sahəsində dərin elmi işlər aparmış və Azərbaycan bitki anatomiyası məktəbini yaratmışdır. O, Azərbaycan dilində ilk «Bitki anatomiyası və morfologiyası» dərsliklərini yazmışdır. Sonralar bu dərslik rus, gürcü və başqa dillərə tərcümə edilmişdir.

Biologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrası

Akademik Ə.Quliyev kafedraya rəhbərlik etdiyi dövrdə kənd təsərrüfatı bitkilərinin eksperimental mutagen formalarının alınması üsulundan istifadə edərək yoncanın, pambığın və qarğıdalının yeni sortlarının əldə edilməsi üzərində işləmişdir.

Kafedraya sonralar professor Vahid Quliyev (1980-1989-cu illər), Moskva Kənd Təsərrüfatı Akademiyasının yetirməsi, professor Adilə Əlizadə (1989-1998) rəhbərlik etmişlər. A.Əlizadənin rəhbərliyi altında Azərbaycanda yabanı taxılların təsnifatı və morfofiziologiyası öyrənilərək “Qızıl buğda” bərk buğda sortu yaradılmışdır.

Biologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrası

Kafedrada keçən əsrin əvvəllərindən toplanan 100 minə yaxın herbari fondu bu gün də qorunub saxlanılır. Bu herbarilər elmi surətdə təyin edilmiş, əsasən Kəlbəcər-Laçın ərazisindən toplanmışdır.

Biologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrası

1998-ci ildən 2020-ci ilədək kafedraya akademik V.Tutayuqun yetirməsi professor Zaur İsrəfil oğlu Hümbətov rəhbərlik etmişdir. Onun əsas tədqiqat işi bitki anatomiyası və morfologiyası, palinologiya, təbiətin mühafizəsi və etnobotanika sahələrini əhatə etmişdir.

O, Rusiya EA Baş Nəbatat Bağının elmi koordinasiya şurasının Qafqaz regionu üzrə koordinatoru, "Akademik Həsən Əliyev adına Azərbaycan Ekologiya və Ətraf mühitə Nəzarət Mərkəzi" İctimai Birliyinin qərb bölgəsi üzrə rəhbəri, Azərbaycan Yaşıllar Cəmiyyətinin vitse prezidenti olmuşdur.

Biologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrası

Biologiya kafedrası 2014-cü ildən akademik V.Tutayuqun adını daşıyır.

Hazırda kafedraya biologiya elmləri namizədi, dosent Arif Tofiq oğlu Qazıyev rəhbərlik edir.

Biologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrası

Kafedrada müasir avadanlıqlarla təchiz olunmuş 3 elmi laboratoriya: “Ultrastruktur və biotexnoloji tədqiqatlar”, “Bitki fiziologiyası” və “Biologiyanın tədris metodikası” laboratoriyaları fəaliyyət göstərir.

Kafedrada aşağıdakı mövzular üzrə elmi-tədqiqat işi aparılır:
Azərbaycanın strateji əhəmiyyətli yabanı və mədəni bitkilərinin bioekoloji xüsusiyyətləri və introduksiyası, dərman, qida, yem əhəmiyyətli növlərin tədqiqi, etnobioloji tədqiqatlar. Bitkilərdə baş verən metobolik, fizioloji, mikrobioloji proseslərin izlənilməsi və meteoroloji amillərin bitkilərə təsirinin öyrənilməsi.
Biologiya kafedrası dünyanın tanınmış universitetlərin müvafiq kafedraları ilə sıx əlaqə saxlayır. Kafedraya Moskva, Sankt-Peterburq, Türkiyə, İsrail, Serbiya, Almaniya, ABŞ və s. ölkələrdən mütəxəssislər dəvət olunmaqla birgə əməkdaşlıq edilir.

Biologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrasıBiologiya kafedrası

Kafedranın professor-müəllim heyəti 31 nəfərdən (12 dosent, fəlsəfə doktoru (2-i ADAU-nun professoru), 7 baş müəllim, 14 assistent) ibarətdir.

KAFEDRA MÜDİRİ


Qazıyev Arif Tofiq oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Əliyev Bəhman Musa oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



İsmayılova Zemfira Xasay qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Qəbilov Malik Yusib oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Sərdarova Aygün Sahib qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Şahmuradova Mahilə Camal qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Əbilova İnqa Eldarovna qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Orucov Vüsal Məhərrəm oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Qasımova Mehparə İbrahim qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva İlahə Fizuli qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Omarov Zakir Omar oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Hüseynova Aybəniz Kamil qızı
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Hüseynova Şəlalə Arif qızı
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Nailə Oktay qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Nağıyeva Sevil Ehtibar qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Qurbanova Lalə Zeynalabdin qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Kərimova Rəsmiyyə Rasim qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Nəsibova Günay Mübariz qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əllaf Şayan Səyyid Əli Səyyed Mohəmməd oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



İbrahimli Sona Namiq qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Rzayeva Fəridə Vaqif qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Ələkbərova Şəhla Elşən qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Cəfərov Abbas Mübariz oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



İsmayılova Sürəyya İsmixan qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Rəhimli Əvəz Faiq oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



İsayeva Nərminə İlham qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Abbasova Leyla Müharif qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Rəhimova Samirə Natiq qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Rüstəmova Ceyla Ceyhun qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Süleymanova Rəna Rüfət qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Həsənli Elza Fuad qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)