Bitkiçilik kafedrası

Bitkiçilik kafedrası1931-ci ildə yaradılmış Bitkiçilik kafedrasının aqronomların texnoloji hazırlığında aparıcı rolu vardır. Kafedranın ilk rəhbəri, bu institutun ikinci direktoru, professor İslam Datiyev olmuşdur. Kafedraya müxtəlif vaxtlarda dosentlər S.F.Hüseynov, H.R.Nağıyev, 1941-ci ildən 1972-ci ilə kimi Əməkdar elm xadimi professor Prokopiy Qrebennikov rəhbərlik etmişdir. P.Qrebennikovun elmi rəhbərliyi ilə 30-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdir.

Bitkiçilik kafedrasıBitkiçilik kafedrasıBitkiçilik kafedrasıBitkiçilik kafedrası

Sonralar kafedraya dosent Çingiz Novruzov, professorlar Sarı Əliyev, Sevda Behbudova rəhbərlik etmişlər. Universitetdə struktur dəyişiklikləri ilə əlaqədar Texniki bitkilər və seleksiya kafedrası (kafedraya müxtəlif vaxtlarda dosent Mamay Qulubəyov, professorlar Niyaz Səfərov, Xalis Güləhmədov, dosentlər Maqsud Qulubəyov, Tofiq Tağıyev, Sevinc Mustafayeva rəhbərlik etmişlər) ləğv olunaraq Texniki bitkilər üzrə fənlərin tədrisi Bitkiçilik kafedrasına, genetika və seleksiya üzrə fənlərin tədrisi isə Ümumi əkinçilik kafedrasının tərkibinə verilmişdir.

Bitkiçilik kafedrasıBitkiçilik kafedrasıBitkiçilik kafedrasıBitkiçilik kafedrası

Bitkiçilik kafedrasıKafedraya rəhbərlik etmiş professorlar P.Qrebennikov, S.Əliyev, S.Behbudovanın və başqalarının rəhbərliyi altında işləyən bitkiçi alimlər çuğundurun, payızlıq buğdanın və qarğıdalının məhsuldarlığının yüksəldilməsi sahəsində dəyərli işlər görmüşlər. Respublikanın qərb bölgəsində tritikale bitkisinin becərilmə texnologiyasını ilk dəfə dosent M.M.İsmayılov işləmişdir.

Professorlar X.Güləhmədov və N.Səfərovun texnogen amillərin pambıq bitkisinin məhsuldarlığına və lif keyfiyyətinə təsiri barədə çoxsaylı tədqiqatlarının da nəticələri fermerlər üçün çox dəyərlidir. Təhsilin inkişafında yeni tələblərlə əlaqədar olaraq pambıqçılıq kursu üzrə fasiləsiz təhsilin bütün mərhələləri üçün dərslik və dərs vəsaitləri yazılmışdır.

Kafedrada “Qərb bölgəsində tarla bitkilərinin məhsuldarlığını yüksəldən və ekoloji məhsul istehsalını təmin edən texnoloji tədbirlərin həyata keçirilməsi” mövzusu üzrə 3 istiqamətdə elmi-tədqiqat işi aparılır.

- Qərb bölgəsinin taxılçılıq təsərrüfatlarında payızlıq tritikalenin məhsuldarlığını yüksəldən və ekoloji məhsul istehsalını təmin edən texnoloji tədbirlərin öyrənilməsi.
- Qərb bölgəsində şəkər çuğunduru bitkisinin məhsuldarlığı və keyfiyyətini yüksəldən texnoloji tədbirlərin öyrənilməsi.
- Azərbaycanda yeni rayonlaşdırılmış qarğıdalı sort və hibridlərinin aqrobioloji xüsusiyyətlərinin öyrənilməsi.


Bitkiçilik kafedrasıBitkiçilik kafedrasıBitkiçilik kafedrasıBitkiçilik kafedrası

Kafedra bitkiçilik sahəsində bir sıra beynəlxalq layihələrə qoşularaq Qırğızıstan, Qazaxıstan, Moldova, Almaniya və ABŞ universitetlərinin müvafiq kafedraları ilə əməkdaşlıq edir.

İstehsalata kömək məqsədilə kafedranın əməkdaşları təsərrüfatlarda olur, fermerlərə müxtəlif bitkilərin becərilməsi barədə seminarlar təşkil edir, bir çox bölgələrdə fermerlərə məsləhətlər verir, onlara mütəmadi təlimlər keçirlər.

Kafedranın professor-müəllim heyəti 13 nəfərdən ibarətdir. Bunlardan 9 nəfərinin elmi dərəcəsi var. Elmi dərəcəsi olanlardan Əsgərova Aytəkin baş müəllim, Namazova Rəqsanə isə assistentdir.

KAFEDRA MÜDİRİ


Hüseynov Nizami Vidadi oğlu
HAQQINDA MƏLUMAT (CV)


KAFEDRANIN HEYƏTİ


Məmmədov Qurban Yusif oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Hümbətov Hümbət Sərxoş oğlu
Dosent, ADAU-nun professoru
HAQQINDA MƏLUMAT (CV)



İsmayılov Məhərrəm Musa oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Hüseynov Azad Rəhim oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Xəlilov Xalıq Qurban oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Bəşirov Vüqar Vahid oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Şabanov Mahir Cəmil oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova Aytəkin Adil qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Abbasova Gülnarə Fəxrəddin qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Babazadə Arzu Rövşən qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Nəzərəliyeva Elnarə Hacı qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Namazova Rəqsanə Vaqif qızı
A.e.f.d., assistent
HAQQINDA MƏLUMAT (CV)