Ekologiya kafedrası

Ekologiya kafedrasıRespublikada meşəçi və ekoloq mütəxəssislərə olan zəruri tələbat nəzərə alınaraq 1989-cu ildə professor Vahid Quliyevin təşəbbüsü ilə kafedra "Ətraf mühitin mühafizəsi" adı altında yaradılmışdı. 1990-cı ildə "Meşəçilik" ixtisasına tələbə qəbulu aparıldıqdan sonra "Ətraf mühitin mühafizəsi" kafedrasının adı "Meşəçilik və ətraf mühitin mühafizəsi kafedrası", "Ekologiya" ixtisasına tələbə qəbulundan sonra isə "Ekologiya və meşəçilik kafedrası" adlandırılmışdır.

2010-cu ilədək kafedraya professor V.Quliyev, 2010-2017-ci illərdə dosent M.Ə.Bayramov rəhbərlik etmişlər.

Məşhur alim, pedaqoq, akademik Həsən Əliyevin həyatının müəyyən dövrləri, məzunu olduğu ADAU ilə bilavasitə bağlı olmuşdur. Kafedrada çalışan bir çox alimin elmi kadr kimi yetişməsində onun əvəzsiz xidmətləri vardır. 2007-ci ildən Ekologiya və meşəçilik kafedrası akademik Həsən Əliyevin adını daşıyır.

Hal hazırda kafedra “Ekologiya” adı altında fəaliyyət göstərir, kafedraya dosent M.Ə.Bayramov rəhbərlik edir.

Ekologiya kafedrasıEkologiya kafedrasıEkologiya kafedrasıEkologiya kafedrası

Kafedranın əməkdaşları son 5 ildə 100- dən çox elmi məqalə, o cümlədən ali məktəblər üçün “Kənd Təsərrüfatı Ekologiyasından Praktikum”, “Sənaye istehsalının əsasları”, “Ekologiya”, “Sənaye və məişət tullantılarının təkrar emalı” və.s dərslik, dərs vəsaiti, proqram və metodiki göstərişlər çap etdirmişlər.

Kafedra Gəncə şəhərinin və eləcə də Respublikanın digər şəhər və rayonlarının ekoloji problemlərinin həllində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bioloji müxtəlifliyin qorunması” Departamenti və Nazirliyin rayonlarda fəaliyyət göstərən, regional ekologiya idarələri ilə sıx əlaqələr qurub.

Kafedrada “Kiçik Qafqazda təbii ehtiyatların ekoloji problemləri və həlli yolları” mövzusunda “Yay otlaqlarının ekoloji problemləri və yaxşılaşdırılması” adlı istiqamətdə elmi-tədqiqat işi aparılır.

Ekologiya kafedrasıEkologiya kafedrasıEkologiya kafedrasıEkologiya kafedrası

Universitetdə “Ekologiya” ixtisası üzrə mütəxəssis hazırlığının aparılması ilə əlaqədar kafedra Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirliyin regionlarda fəaliyyət göstərən qurumları ilə əməkdaşlıq edir, Gəncə regional ekologiya idarəsi ilə sıx şəkildə fəaliyyət göstərir.

Kafedranın professor-müəllim heyəti 14 nəfərdən (fəlsəfə doktoru, dosent – 5 nəfər (1-i ADAU-nun professoru); baş müəllim - 2 nəfər; assistent - 7 nəfər) ibarətdir.

KAFEDRA MÜDİRİ


Bayramov Musa Əhməd oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


İbrahimov Ziyatay Əli oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Baxşəlizadə Tamella Zülfiqar qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Qasımova İzabella Teymur qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Aslanova Elnarə Həsənəli qızı
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Musazadə Tamella Hüseyn qızı
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Cabbarov Natiq Sabir oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova Şəkər Saleh qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hacıyeva Ceyhunə Albert qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Abışova Mədinə Həsən qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Həsənova Sima Zaur qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova Leyla Asim qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Abbasova Günay Firdovsi qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Eyyubova Əfsanə Möhvət qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)