Meşəçilik kafedrası

Meşəçilik kafedrası1948-1960-cı illərdə Universitetdə meşə təsərrüfatı ixtisası üzrə kadr hazırlığı aparılmış və həmin dövrdə yüzlərlə meşə təsərrüfatı mütəxəssisi hazırlanmışdır. Həmin ixtisasın tanınmış məzunları, sonralar elmlər doktoru dərəcəsinədək yüksəlmiş Nazim Axundovu, Mahmud Xəlilovu, Kərəm Əsədovu, Fəzli Hacıyevi və Yusif Ağayevi göstərmək olar. Həmin tanınmış meşəçi alimlərin sırasında AKTİ-nin məzunu, 30 il Respublikanın Meşə Təsərrüfatı naziri vəzifəsində Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevi də qeyd etmək olar.

Respublikada meşəçi mütəxəssislərə olan tələbat nəzərə alınaraq 1989-cu ildə professor Vahid Quliyevin təşəbbüsü ilə "Ətraf mühitin mühafizəsi" kafedra yaradılmışdı. 1990-cı ildə "Meşəçilik" ixtisasına tələbə qəbulu aparıldıqdan sonra "Ətraf mühitin mühafizəsi" kafedrasının adı "Meşəçilik və ətraf mühitin mühafizəsi” kafedrası, "Ekologiya" ixtisasına tələbə qəbulundan sonra isə "Ekologiya və meşəçilik kafedrası" adlandırılmışdır. 2010-cu ilədək kafedraya professor V.Quliyev, 2010-2017-ci illərdə dosent M.Ə.Bayramov rəhbərlik etmişlər.

Məşhur alim, pedaqoq, akademik Həsən Əliyevin həyatının müəyyən dövrləri, məzunu olduğu ADAU ilə bilavasitə bağlı olmuşdur. Kafedrada çalışan bir çox əməkdaşın elmi kadr kimi yetişməsində akademikin əvəzsiz xidmətləri olmuşdur. 2007-ci ildən Ekologiya və meşəçilik kafedrası akademik Həsən Əliyevin adını daşıyır.


Kafedra meşəçilik sahəsində bir sıra beynəlxalq layihələrə (Tempus TASIS, Tempus, Tempus+) qoşularaq Rusiya, Türkiyə, Avstriya, Almaniya və ABŞ universitetlərinin müvafıq kafedraları ilə əməkdaşlıq edir.

Kafedranın əməkdaşları son 5 ildə 120 - dən çox elmi məqalə, o cümlədən ali məktəblər üçün “Meşə əkinləri”, “Meşə quruluşu”, “Meşə taksasiyası”, “Meşəçilik”, “Meşəşünaslıq”, “Meşəçilik və meşə ekologiyası” və.s adda dərslik, dərs vəsaiti, proqram və metodiki göstərişlər nəşr etdirmişlər.

Kafedra Gəncə şəhərinin və eləcə də Respublikanın digər şəhər və rayonlarının yaşıllaşdırma problemlərinin həllində, yaşıllaşdırma işlərinin aparılmasında, yeni təbiət qoruqlarının və Milli Parkların yaradılmasında məsləhətçi və ekspert qismində iştirak edir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Meşələrin inkişafı” və “Bioloji müxtəlifliyin qorunması” Departamentləri və Nazirliyin rayonlarda fəaliyyət göstərən Regional Meşə Təsərrüfatı Mərkəzləri ilə əməkdaşlıq edir.

Kafedrada meşəçilik sahəsi üzrə elmi-tədqiqat işləri aparılır. Bu baxımdan meşələrin bərpasının təmin olunması, meşə ehtiyatlarından səmərəli istifadənin həyata keçirilməsi, meşə ekosistemlərinin davamlılığının artırılması, bioloji müxtəlifliyin və təsərrüfat əhəmiyyətli ağac cinslərinin qorunub saxlanılması və artırılması kimi mühüm məsələləri əhatə edir.

Kafedra MDB ölkələrinin müvafiq universitetləri, Gürcüstan Texniki Universiteti, Türkiyənin Artvin Çorux Universiteti, Kastamoni Universiteti, Karadeniz Texniki Universiteti, Avstriyanın Vyana Təbiət Elmləri Universiteti, Almaniyanın Gottingen Universitetinin, Meşəçilik və Meşə Ekologiyası İnstitutu, Polşanın Poznan Təbiət Elmləri Universiteti və digər universitetlərlə elm və təhsil sahəsində əməkdaşlıq edir.

Kafedra son illərdə Avropa İttifaqının Elm, Təhsil və Mədəniyyət sahəsində əməkdaşlıq proqramı olan ERASMUS+ proqramı çərçivəsində Poznan Təbiət Elmləri Universitetinin (PULS) meşəçilik fakültəsi ilə sıx əməkdaşlıq edir.

Kafedra ABŞ universitetləri ilə də sıx əməkdaşlıq qurmuşdur. ABŞ Dövlət Departamentinin Beynəlxalq Akademik Mübadilə Şurasının (CİES) “FULBRİGHT” proqramı çərçivəsində kafedranın əməkdaşları Kaliforniya (2007) və Yuta (2008-2009) ştatlarının Universitetlərində uzunmüddətli elmi layihələr yerinə yetirmişlər.

Azərbaycanın bitki ehtiyatlarının və genofondunun öyrənilməsi sahəsində kafedra Azərbaycanda meşə landşaftlarının bioloji müxtəlifliyinin, qərzəkli, subtropik bitkilərin və üzümün yerli qədim xalq sortlarının, onların yabanı əcdadlarının genofondunun tədqiqi məqsədilə təşkil olunmuş ekspedisiyalarda iştirak edir. Beynəlxalq bitki tədqiqatları ekspedisiyaları zamanı qərzəkli və subptropik bitkilərin, üzümün həm yabanı, həm də yerli sortlarının genplazma materialı toplanaraq ABŞ –da yaradılmış Milli Genbank şəbəkəsində uzunmüddətli konversiyası təmin olunmuşdur.

Universitetdə “Meşəçilik” ixtisası üzrə mütəxəssis hazırlığının aparılması ilə əlaqədar kafedra Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirliyin yerlərdə fəaliyyət göstərən qurumları ilə əməkdaşlıq edir, Göygöl Milli Parkı, Eldar Şamı Dövlət Təbiət Qoruğu; Göygöl, Tovuz, Yevlax, Şəmkir və d. Regional Meşə Təsərrüfatı Mərkəzləri ilə sıx əməkdaşlıq edir.

Kafedranın professor-müəllim heyəti 6 nəfərdən (elmlər doktoru, professor -1 nəfər; fəlsəfə doktoru, dosent – 4 nəfər; baş müəllim - 1 nəfər) ibarətdir.

KAFEDRA MÜDİRİ


Səmədov Vidadi Səməd oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Əşrəfov Sahib Ələkbər oğlu
Dekan müavini, əlavə 0,5 şt.v. baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Şükürov Valeh Kərəm oğlu
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Bağırova Aygün Xalid qızı
Baş müəllim, b.e.f.d.
HAQQINDA MƏLUMAT (CV)



Babakişiyeva Təranə Sabir qızı
Assistent, b.e.f.d.
HAQQINDA MƏLUMAT (CV)



Eyyubova Əfsanə Möhvət qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)