Ümumi əkinçilik, genetika və seleksiya kafedrası

Ümumi əkinçilik, genetika və seleksiya kafedrası fakültənin qədim kafedralarından olmaqla “Ümumi əkinçilik” adı ilə 1920-ci ildə yaradılmışdır. Ölkəmizdə əkinçiliyin inkişafında bu kafedranın böyük rolu olmuşdur. Yaradıldığı dövrdən indiyədək müxtəlif adlarla fəaliyyət göstərmiş kafedraya dosentlər Ə.Q.Orucov, M.R.Qulubəyov, 1938-ci ildən 1972-ci ilə kimi Əməkdar elm xadimi professor Nikolay Malov rəhbərlik etmişdir. Sonralar professorlar F.İ.Məmmədov, F.H.Axundov, dosentlər İ.N.Hüseynov, C.H.Cəlilov, Q.M.Nəbiyev, C.Ə.Hacıyev, A.Q.İbrahimov rəhbərlik etmişlər. Struktur dəyişiklikləri ilə əlaqədar genetika və seleksiya kafedrası (sabiq müdiri dosent F.H.Qurbanov) Ümumi əkinçilik kafedrasının tərkibinə verilmişdir.

Hazırda kafedraya aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent, ADAU-nun professoru Aynur Oruc qızı Həsənova rəhbərlik edir.

Professor N.Malovun kafedraya rəhbərliyi dövründə təsərrüfatlarda pambıq və yonca əkininə səpin qabağı hazırlıq sahəsində orijinal işlər aparılmışdır. Onun elmi rəhbərliyi ilə 30-dan artıq namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.

Ümumi əkinçilik, genetika və seleksiya kafedrasıÜmumi əkinçilik, genetika və seleksiya kafedrasıÜmumi əkinçilik, genetika və seleksiya kafedrasıÜmumi əkinçilik, genetika və seleksiya kafedrası

Hazırda kafedrada aktual və dövlət əhəmiyyətli elmi tədqiqat işləri aparılır. Belə ki, torpaqlardan səmərəli istifadə olunmaqla, aqrotexnoloji tədbirlər kompleksi zəminində kənd təsərrüfatı bitkilərindən yüksək ekoloji təmiz məhsulların alınması və torpağın aqrofiziki xüsusiyyətlərinin yaxşılaşdırılması istiqamətində işlər aparılır, həmçinin, kənd təsərrüfatı bitkilərinin yeni sortlarının alınması, onların yayılması üçün toxumçuluğun təşkilinin aqrobioloji və texniki aspektləri işlənilir. Seleksiya və genetika fənnlərinin bu kafedranın tərkibinə verilməsi ilə elmi axtarışların vüsəti son illərdə daha da artmışdır.

Kafedrada aşağıdakı mövzular üzrə elmi- tədqiqat işləri aparılır:

Mövzu: Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək və davamlı kənd təsərrüfatına nail olmaq üçün, əkinçilikdə iqlim dəyişgənliyinə uyğunlaşan müasir becərmə texnologiyalarının işlənməsi, torpaqların münbitliyinin yaxşılaşdırılması, kənd təsərrüfatı bitkilərinin genefondunun toplanması, yeni dənli-taxıl və qarğıdalı sortlarının yaradılması, toxum istehsalının yaxşılaşdırılması və resurs qoruyucu innovativ texnologiyaların işlənməsi.

1. Pambıq sortlarında toxumun keyfiyyət göstəricilərinə təsir edən aqrotexniki tədbirlərin optimallaşdırılması;
2. Pambıqaaltı torpaqların müasir problemləri və istifadə səviyyəsi;
3. Məhdud torpaq sahəsi olan təsərüfatlar üçün qısa rotasiyalı taxıl növbəli əkinlərinin layihələşdirilməsi;
4. Buğda və qarğıdalının yeni sortlarının öyrənilməsi və onların ilkin toxumçuluğu;
5. Ərzaq qıtlığının aradan qaldırılmasında və davamlı kənd təsərrüfatının inkişafında kövşənlik əkinlərin rolu;
6. Gəncə-Qazax zonası şəraitində konservasiyalı (torpaqqoruyucu) əkinçilik sistemlərinin müsbət və mənfi xüsusiyyətlərinin öyrənilməsi.

Ümumi əkinçilik, genetika və seleksiya kafedrasıÜmumi əkinçilik, genetika və seleksiya kafedrasıÜmumi əkinçilik, genetika və seleksiya kafedrasıÜmumi əkinçilik, genetika və seleksiya kafedrası

Kafedra bir çox xarici ölkələrin (Rusiya, Türkiyə, ABŞ, İspaniya, Özbəkistan, Pakistan, Tacikistan, Gürcüstan, Ukrayna və s.) aqrar universitetlərinin müvafiq kafedraları ilə sıx əməkdaşlıq edir. Beləki, K.A.Timiryazev adına Moskva Dövlət Aqrar Universiteti ilə Ekoloji və dəqiq əkinçilik sistemləri istiqamətində elmi tədqiqat işləri aparılır, torpağın su-fiziki xassələrinin öyrənilməsi üçün yeni cihazların istifadəsinə dair məsləhətlər alınır, Türkiyənin Ege, ABŞ-ın Texas Aqrar Universitetləri ilə tələbə və müəllim mübadiləsi aparılır, təlimlər keçirilir, pambıqçılıq istiqamətində yeni texnologiyalarla bağlı Avropa Konservasiyalı Əkinçilik Federasiyası ilə - Konservasiyalı əkinçilik - No till texnologiyası, iqlim dəyişiklikləri sahəsində elmi tədqiqat işlərinə dair əməkdaşlıq edilir.

Özbəkistan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı və ərzaq təminatı üzrə elm və istehsal mərkəzi, Daşkənd Dövlət Aqrar Universitetinin informasiya və məsləhət xidməti mərkəzi, “Neksigol Mushovir” Agro-inform mərkəzi və İsrail Dövlət Aqrar Məsləhət Xidməti ilə aqrar məsləhət xidmətlərinin səmərəli təşkilinə dair təcrübə mübadiləsi aparılır.

Kafedrada aparılan elmi-tədqiqat işlərinin nəticələri istehsalatda tətbiq edilir. Belə ki, Goranboy, Ağcabədi, Şəmkir, Samux, Zaqatala və digər rayonlarda fermer təsərrüfatlarında tədqiqat işləri aparılır.

Ümumi əkinçilik, genetika və seleksiya kafedrasıÜmumi əkinçilik, genetika və seleksiya kafedrasıÜmumi əkinçilik, genetika və seleksiya kafedrasıÜmumi əkinçilik, genetika və seleksiya kafedrası

İstehsalata kömək məqsədilə kafedranın əməkdaşları təsərrüfatlarda olur, fermerlərə əkin sahələrinin aprobasiya edilməsi, toxumun səpin keyfıyyət göstəricilərinin analizi, torpaqların münbitliyinin qorunması barədə seminarlarda iştirak edir, müxtəlif bölgələrdə fermerlərə aqrar məsləhətlər verir, onlara təlimlər keçirlər.

Kafedranın professor-müəllim heyəti 21 nəfərdən (1 nəfər aqrar elmlər üzrə elmlər doktoru, professor, 7 nəfər dosent (3-ü ADAU-nun professoru), 2 nəfər dosent (e.a.o.), 5 nəfər baş müəllim, 7 nəfər assistent) ibarətdir.

KAFEDRA MÜDİRİ


Həsənova Aynur Oruc qızı
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Seyidəliyev Nizami Yaqub oğlu
Professor
HAQQINDA MƏLUMAT (CV)



Allahverdiyev Elxan Rəcəf oğlu
ADAU-nun professoru
HAQQINDA MƏLUMAT (CV)



Qurbanov Firudin Hacı oğlu
ADAU-nun professoru
HAQQINDA MƏLUMAT (CV)



İbrahimov Azad Qənbər oğlu
Dosent, Əməkdar müəllim
HAQQINDA MƏLUMAT (CV)



Ələkbərov Fariz Şahin oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Hüseynov Məşədi Məhərrəm oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Həsənov Rahil Qurban oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



İsayeva Dünya Əli qızı
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Babayeva Könül Elçin qızı
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Kazımov Nizami Nazim oğlu
A.e.f.d. baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Mina Zaman qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Behbudova Məlahət Ədil qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Qəhrəmanova Ramilə Firuddin qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Zeynalova Aytən İlham qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Orucova Rəmalə Nabil qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Ağazadə Günel Fazil qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Hüseynova Aysel Məmmədbağır qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Zamanova Dursun Lütfi qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Musayeva Sevinc Elşad qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Aslanova Dilbər Həsənəli qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)