ADAU-da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.

Aqronomluq fakültəsində keçirilən tədbirdə öncə, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Çıxış edən Aqronomluq fakültəsinin dekan əvəzi dosent Aynur Həsənova təhsilimizdə əvəzsiz rola malik olan müəllimləri təbrik edib. Bildirib ki, COVID-19 pandemiyası bütün dünyada fərqli bir vəziyyət yaratmış, eyni zamanda təhsil sahəsinə də mənfi təsir göstərmişdir. Keçdiyimiz illərdə bütün təhsil müəssisələrində təhsil, təlim və tərbiyə prosesinin dayandırılması və onlayn tədrisə keçid praktiki bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmışdır. A.Həsənova deyib ki, 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günündə müəllimlərimizi əyani formada təbrik etmək imkanımız olduğu üçün sevinirik.

Proqram çərçivəsində Aqronomluq fakültəsinin dekan müavini Dünya İsayeva, İctimai elmlər və multikulturalizm kafedrasının müdiri professor Azad Bayramov, Türkiyənin Ege Universitetindən İkili diplom proqramı çərçivəsində gələn müəllimlər, tələbələrdən Fateh Əliyev, Səid Musazadə və Cavanşir Rafiqoğlu çıxışlar ediblər.

Sonda tələbələr müəllimlərə həsr olunan şeirlər səsləndiriblər.

ADAU-da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunubADAU-da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunubADAU-da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunubADAU-da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunubADAU-da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunubADAU-da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunubADAU-da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub