Aqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Noyabr – Zəfər Gününün birinci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Zeki Öztürk, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, Vətən müharibəsində iştirak edən hərbiçilər və universitet əməkdaşları, tələbələr iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları universitetin Tələbə parkında yerləşən Şəhidlərin xatirəsinə ucaldılmış abidələri ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Sonra ADAU-nun inzibati binasında baş tutan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycanın əsgər və zabitlərinin qəhrəmanlıqları ilə bağlı hazırlanan videoçarx nümayiş olunub.

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Zəfər Günü ərəfəsində təşkil olunan tədbirlərdə Gəncə şəhəri fəallıq nümayiş etdirir. Bildirib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Bu Qələbəni bizə bəxş edən şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik.

Türkiyə Respublikasının Gəncədəki baş konsulu Zəki Öztürk Azərbaycan və Türkiyənin bu gün dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi göstərdiyini deyib. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

Aqrar Universitetin rektoru İbrahim Cəfərov şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənə layiqli cavab verildiyini qeyd edərək vurğulayıb ki, Qarabağ savaşında qazanılan şanlı Qələbə xalqımızın və Ordumuzun Müzəffər Ali Baş Komandan ətrafında sıx birləşməsinin bariz nəticəsidir.

Çıxış edən ADAU məzunu, Vətən müharibəsi qazisi Samir Həsənov deyib ki, bu müharibədə hər kəs xalqımızın torpaq və vətən sevgisinə şahidlik etdi. Dövlət başçısına göstərilən diqqət və qayğıya görə təşəkkür edilib.

Sonda Aqrar Universitetin tələbələri tədbir iştirakçılarına qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən şeir və mahnılar təqdim ediblər.

Aqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilibAqrar Universitetdə Zəfər Günü ilə əlaqədar tədbir keçirilib