Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. Yanvarın 5-dən etibarən başlayan imtahanların gedişinə operativ nəzarətin təmin olunması və tələbələrin biliyinin obyektiv, şəffaf şəkildə qiymətləndirilməsi məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.
İmtahan sessiyası zamanı şəffaflığın və açıq ictimai nəzarətin təmin edilməsi üçün valideynlərin, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrinin imtahan prosesində iştirakına şərait yaradılıb.
Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif yanaşmaların tətbiqi nəzərə alınaraq, imtahanlar test və yazılı formada təşkil olunur. Bu, tələbələrin bilik və bacarıqlarının daha dolğun və ədalətli qiymətləndirilməsinə xidmət edir.
Universitetin rektoru Zəfər Qurbanov imtahanların gedişini yerində izləyərək, tələbələrə uğurlar arzulayıb. Rektor qeyd edib ki, imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi üçün bütün texniki və təşkilati işlər əvvəlcədən planlaşdırılıb və lazımi şərait tam təmin olunub. Sessiya müddətində imtahan nəticələri ilə bağlı yarana biləcək müraciət və narazılıqların mövcud qaydalara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə İmtahan Qərargahı fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, payız semestrinin imtahan sessiyası 6 fevral 2026-cı il tarixinədək davam edəcək.