Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) təqdimatı ilə “Buğda istehsalında ağıllı kənd təsərrüfatı metodlarının mərhələli tətbiqi” layihəsi üzrə təlim keçirilib.
Yeni Zelandiyanın "Vantage Məhdud Məsuliyyətli Cəmiyyəti"nin yaradıcısı və direktoru Kreiq Makkenzinin ekspert qismində iştirakı ilə iki gün davam edən təlimdə buğda əkinlərində məhsuldarlığın artırılması yolları, innovativ və dəqiq əkinçilik texnologiyalarının tətbiqi ilə buğda istehsalında dayanıqlı məhsuldarlığın necə artırılacağı əyani şəkildə nümayiş etdirilib.
Ekspert fermer təsərrüfatında becərilən maksimum yüksək məhsul almaq üçün növbəli əkinin tətbiqi ilə yanaşı müasir innovativ tədbirlər haqqında geniş məlumat verib.
Daha sonra iştirakçıları maraqlandıran suallar ekspert tərəfindən cavablandırılıb.