Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Ecoforce” Klubunun təşkilatçılığı ilə 23 May – Ekoloqların Peşə Bayramı Gününə həsr olunan tədbir təşkil olunub.
Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə ADAU-nun Ekologiya və meşəçilik kafedrasının müdiri Nizami Seydəliyev çıxış edərək, ekologiya sahəsinin müasir dövrdə əhəmiyyətindən, qlobal ekoloji problemlər və ətraf mühitin qorunmasının vacibliyindən danışıb.
Daha sonra Gəncə Dövlət Universitetinin Ekologiya və təbiətin mühafizəsi kafedrasının baş müəllimi Natiqə İsmayılzadə və ADAU-nun Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsinin müdiri, Ekologiya və meşəçilik kafedrasının baş müəllimi Mədinə Abışova universitetlərarası əməkdaşlığın əhəmiyyətindən, ekologiya sahəsində birgə fəaliyyətlərin önəmindən, həmçinin “Ecoforce” Klubunun fəaliyyəti, dayanıqlılıq istiqamətində görülən işlər və gələcək təşəbbüslərdən bəhs ediblər.
Ekologiya və meşəçilik kafedrasının dosenti İzabella Qasımova və “Ecoforce” Klubunun sədri Seymur Məstalıyev gənclərin ekologiyaya marağının artdığını, bu istiqamətdə aparılan maarifləndirmə fəaliyyətlərinin mühüm rol oynadığını bildirib, həmçinin ekologiya sahəsində fəaliyyət göstərən hər kəsi peşə bayramı münasibətilə təbrik ediblər.
Sonda fəal tələbələr fəxri fərmanlarla təltif olunub.