ADAU-da məktəblilər üçün ekskursiya təşkil olunub

Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin şagirdləri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ekskursiyada olublar.

Aqrar Gənclər Təşkilatının dəstəyi ilə təşkil olunan ekskursiya çərçivəsində şagirdlər universitetin Baytarlıq, Torpaqşünaslıq və Aqrokimya, eləcə də Aqronomluq fakültələrinin fəaliyyəti ilə yaxından tanış olublar. Ekskursiya zamanı iştirakçılara ADAU-nun muzeyi, müasir laboratoriyaları və istixanaları barədə ətraflı məlumat verilib.

Şagirdlər universitetin zəngin maddi-texniki bazası, aqrar sahə üzrə aparılan elmi-tədqiqat işləri və tədris prosesi ilə tanış olub, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.


ADAU-da məktəblilər üçün ekskursiya təşkil olunubADAU-da məktəblilər üçün ekskursiya təşkil olunubADAU-da məktəblilər üçün ekskursiya təşkil olunubADAU-da məktəblilər üçün ekskursiya təşkil olunubADAU-da məktəblilər üçün ekskursiya təşkil olunubADAU-da məktəblilər üçün ekskursiya təşkil olunub