Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Tələbə Elmi Cəmiyyəti tərəfindən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP 29) və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər təşkil edilib.
Aqronomluq fakültəsində həyata keçirilən tədbirdə iştirak edən "Ümumi əkinçilik, genetika və seleksiya", "Ekologiya və meşəçilik" və "Biologiya" kafedralarının professor-müəllim heyəti tələbələrə COP 29-un gündəmi və qlobal iqlim məsələlərinin əhəmiyyəti haqqında danışaraq, iqlim dəyişikliyinin kənd təsərrüfatına və biomüxtəlifliyə təsiri haqqında məlumat veriblər.
Daha sonra tədbirdə iştirak edən tələbələr hazırladıqları videotəqdimatlarla öz işlərini nümayiş ediblər.