ADAU ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsinin və Mövlanə Mübadilə Proqramının imzalanma mərasimi keçirilib.

Sənədləri ADAU-nun rektoru, AMEA-nın üzvü, professor İbrahim Cəfərov və Ankara Universitetinin rektoru, Prof.Dr. Necdet Ünüvar imzalayıblar. İmzalanma mərasimindən əvvəl çıxış edən rektorlar və hər iki ali təhsil müəssisələrinin nümayəndələri əməkdaşlıq müqaviləsinin və Mövlanə Mübadilə proqramının baytarlıq sahəsində mütəxəssis hazırlığına, ikili diplom proqramının icrasına və birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə, müəllim və tələbələrin mübadiləsinə töhfələrini verəcəyini bildiriblər.

Türkiyə Cümhuriyyətinin ilk ali təhsil müəssisəsi olan Ankara Universiteti 1946-cı ildə yaradılmaqla hazırda burada 70 mindən çox tələbə təhsil alır. Çoxprofilli mütəxəssis hazırlayan bu universitetdə digər fakültələrlə yanaşı Aqronomluq və Baytarlıq fakültələri də fəaliyyət göstərir.

Qeyd edək ki, Ankara Universitetinini rektoru, Prof.Dr. Necdet Ünüvar Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Necdet Ünüvar "Dostluq" ordeni ilə təltif edilmişdir.

ADAU ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıbADAU ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıbADAU ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıbADAU ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıbADAU ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb