ADAU ilə Özbəkistanın Qarşi Dövlət Texniki Universiteti arasında elmi əməkdaşlıq imkanları genişlənir

Özbəkistan Respublikasının Qarşi Dövlət Texniki Universitetinin 12 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Müxtəlif fakültə və kafedraların rəhbərləri, professorlar və elmi əməkdaşlardan ibarət nümayəndə heyətinin səfərində məqsəd iki ali təhsil müəssisəsi arasında akademik və elmi əlaqələri genişləndirmək, birgə tədqiqat imkanlarını dəyərləndirmək və qabaqcıl təcrübə mübadiləsini təşviq etmək olub.

Səfər çərçivəsində qonaqlar ADAU-nun müvafiq fakültələri, tədris və elmi-tədqiqat laboratoriyaları, eləcə də universitetin müasir maddi-texniki bazası ilə tanış olublar. Onlara universitetdə tədris və elmi-tədqiqat fəaliyyətinin təşkili, laboratoriyaların imkanları və tətbiq olunan innovativ yanaşmalar barədə ətraflı məlumat verilib.

Proqram çərçivəsində ADAU-nun müvafiq fakültələrinin dekanları və kafedraların professor-müəllim heyəti ilə görüşlər təşkil olunub. Aqrar elmlər, mühəndislik, ekologiya, energetika və digər əlaqəli sahələr üzrə birgə elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, akademik əlaqələrin inkişafı, eləcə də elmi-pedaqoji təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.

Səfər zamanı hər iki universitetin akademik heyətinin iştirakı ilə tələbə və müəllimlər üçün elmi-praktik seminarlar da təşkil edilib. Seminarlarda müxtəlif elmi istiqamətlər üzrə aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb, tədqiqat nəticələri və müasir elmi yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.

Görüşlərdə universitetlərin elmi potensialının birləşdirilməsinin, birgə tədqiqat təşəbbüslərinin inkişaf etdirilməsinin və qarşılıqlı akademik səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Səfər ADAU-nun Mərkəzi Asiya ölkələrinin ali təhsil müəssisələri ilə əlaqələrinin genişləndirilməsi, birgə elmi fəaliyyətin təşviqi və universitetlərarası akademik tərəfdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.


ADAU ilə Özbəkistanın Qarşi Dövlət Texniki Universiteti arasında elmi əməkdaşlıq imkanları genişlənirADAU ilə Özbəkistanın Qarşi Dövlət Texniki Universiteti arasında elmi əməkdaşlıq imkanları genişlənirADAU ilə Özbəkistanın Qarşi Dövlət Texniki Universiteti arasında elmi əməkdaşlıq imkanları genişlənirADAU ilə Özbəkistanın Qarşi Dövlət Texniki Universiteti arasında elmi əməkdaşlıq imkanları genişlənir
ADAU ilə Özbəkistanın Qarşi Dövlət Texniki Universiteti arasında elmi əməkdaşlıq imkanları genişlənir