ECOSA üzv ölkələrinin toxumçuluq sektorunun mövcud vəziyyəti və investisiya imkanları (Current status and ınvestment opportunıtıes of seed sectors of ECOSA member countrıes) mövzusunda beynəlxalq onlayn görüş keçirilib.
Görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin Bitkiçilik kafedrasının müdiri, dosent Nizami Hüseynov, baş müəllim Gülnarə Abbasova, assistent Elnarə Nəzərəliyeva və magistr tələbələrdən Roman Yusifov, Turan Əhmədov iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin direktoru Fikrət Feyziyev ölkəmizdə toxumçuluğun inkişafı, mövcud potensial və beynəlxalq əməkdaşlıq imkanları haqqında ətraflı məlumat verib. O, eyni zamanda, Azərbaycanın müxtəlif bitki növləri üzrə seleksiya və islah layihələrinin keçirilməsinə açıq olduğunu və bu sahədə birgə elmi-tədqiqat təşəbbüslərinə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.