Dövlət Bayrağı Günü münasibətilə tədbirlərin keçirilməsinə başlanmışdır

Ümummilli liderimiz Heydər Əliyev qeyd etmişdir ki, Bayrağımız - Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Qarşıdan gələn Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edib, firəvan həyat, xoş günlər arzulayırıq. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz tezliklə işğaldan azad olunaraq , milli dövlət bayrağımız həmin torpaqlarda qaldırılmasına tam əminik.

Aqronomluq fakültəsi Dövlət Bayrağı Günü münasibətilə tədbirlərin keçirilməsinə başlamış, I kurs tələbələri ilə tədris binasının qarşısında ADAU-nun rektoru, AMEA-nın müxbir üzvi, professor İbrahim Cəfərovun iştirakı ilə bayrağımızın rəmzini canlı nümayiş etdirmişdirlər. Qarşıdan gələn bayramımız mübarək .