ADAU-nun əməkdaşları “Tərəqqi” medalı ilə təltif olunub

Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) üç əməkdaşı “Tərəqqi” medalına layiq görülüb.

Təltif olunanlar arasında ADAU-nun Torpaqşünaslıq və aqrokimya fakültəsinin dekanı, dosent Xalıq Xəlilov, Ekologiya və meşəçilik kafedrasının müdiri, professor Nizami Seyidəliyev və Balıq məhsulları istehsalının texnologiyası kafedrasının müdiri, professor Namiq Mustafayev yer alıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi adından təltif olunan əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara elmi-pedaqoji və peşəkar fəaliyyətlərində yeni uğurlar arzulayırıq.


ADAU-nun əməkdaşları “Tərəqqi” medalı ilə təltif olunub