Skip to content
03
Oct
ADAU-nun müəllimi beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək
XƏBƏRLƏR
681
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin Bitki mühafizəsi kafedrasının baş müəllimi aqrar elmlər üzrə fəlsəfə doktoru Sahil Quliyev bu il 3-11 dekabr tarixlərində Hindistanda keçiriləcək “United Nations Sustainable Development Goals” (SDGs) propramında iştirak etmək üçün dəvət alıb.
Azərbaycan universitetlərindən bu proqramda iştirak etmək hüququ əldə edən Sahil Quliyev dünyanın 7000-dən artıq müraciətçi arasından seçilən 1000 nəfərdən biri olub.
Qeyd edək ki, Sahil Quliyev 2019-cu ildə də ADAU-nu bu proqramda təmsil edib.