ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanovun 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar müraciəti

Hörmətli tələbələr, valideynlər, professor-müəllim heyəti və KİV nümayəndələri!

2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 16.12.2022-ci il tarixli F-721 nömrəli əmrinə əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) də imtahan sessiyası başlayır.

Müvafiq əmrə əsasən universitetdə bütün hazırlıq işləri aparılıb, tərbiyə işləri üzrə prorektor Aidə Qasımovanın rəhbərliyi altında imtahan qərargahı yaradılıb, imtahanların yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bolonya prosesinə uyğun olaraq imtahanlar test və yazılı formada götürüləcəkdir. Bununla bağlı tələbələrə bütün məlumatlar və imtahan sualları əvvəlcədən verilib, 05 yanvar 2023-cü il tarixindən başlayaraq 01 fevral 2023-cü il tarixinədək imtahanlar davam edəcək.

Valideynlər, təhsil ekspertləri, KİV nümayəndələrinə bildiririk ki, pandemiya qaydalarına əməl etməklə imtahan prosesi hər kəs üçün açıqdır.

Sonda tələbələrimizə uğurlar arzu edirəm!


ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanovun 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar müraciəti