ADAU tələbəsi “Lynk&Co” təqaüd proqramında uğur qazanıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi Bayram Süleymanov “Lynk&Co” Təhsilə Dəstək Təqaüd Müsabiqəsinin qalibləri sırasında yer alıb.

Lynk&Co Azərbaycan tərəfindən tələbələrin təhsil və şəxsi inkişafının dəstəklənməsi məqsədilə təşkil olunan müsabiqəyə 50-dən çox ali təhsil müəssisəsindən ümumilikdə 692 namizəd müraciət edib.

Seçim mərhələlərində namizədlərin akademik göstəriciləri ilə yanaşı, startap təşəbbüsləri, beynəlxalq və yerli sertifikatları, elmi fəaliyyəti, liderlik bacarıqları və sosial aktivliyi də qiymətləndirilib.

ADAU tələbəsi Bayram Süleymanov seçim mərhələlərində uğurlu nəticə göstərərək TOP 30 iştirakçı sırasında yer alıb. Final mərhələsinin nəticələrinə əsasən isə TOP 5 iştirakçıdan biri seçilərək müsabiqənin qalibi olub.

Ümumi mükafat fondu 10 000 AZN təşkil edən müsabiqənin nəticələrinə əsasən Bayram Süleymanova 1 000 AZN məbləğində pul mükafatı təqdim olunub.


ADAU tələbəsi “Lynk&Co” təqaüd proqramında uğur qazanıbADAU tələbəsi “Lynk&Co” təqaüd proqramında uğur qazanıb