Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında uğurla həyata keçirilən ADAU–Ege Beynəlxalq İkili Diplom Proqramının 2025/2026-cı tədris ili üzrə məzunları beynəlxalq magistratura proqramlarına qəbul olunublar.
Proqramın Bitki mühafizəsi ixtisası üzrə məzunu İmanlı Turqut Təhmasib oğlu Azərbaycan Respublikasının Dövlət Proqramı çərçivəsində Türkiyə Respublikasının Ege Universitetində Bitki mühafizəsi ixtisasının Fitopatologiya ixtisaslaşması üzrə 2026/2027-ci tədris ilində magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb.
Eyni zamanda proqramın Aqronomluq ixtisası üzrə məzunu Əliyeva Mədinə Pərviz qızı da Azərbaycan Respublikasının Dövlət Proqramı çərçivəsində Türkiyənin Ege Universitetində Aqronomluq ixtisasının Bitki Islahı və Genetikası ixtisaslaşması üzrə 2026/2027-ci tədris ilində magistratura təhsili almaq hüququ əldə edib.
Qeyd edək ki, Əliyeva Mədinə təhsil müddətində yüksək akademik göstəriciləri ilə seçilərək Ege Universitetinin Ziraat Fakültəsində ümumi orta müvəffəqiyyət göstəricisinə (GPA) görə birinci yerə layiq görülüb.