Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar Gənclər Təşkilatının dördilliyi qeyd olunub.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova çıxış edərək təşkilatın fəaliyyətindən bəhs edib. Tələbələrin bilik və bacarıqlarının formalaşmasında, universitet həyatının daha da canlanmasında Aqrar Gənclər Təşkilatının rolunu vurğulayıb. Çıxışının sonunda tələbələri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra təşkilatın məsləhətçisi, Bağçılıq kafedrasının müdiri Allahverdi Seyidov, Biologiya kafedrasının müdiri Arif Qazıyev, ADAU–Ege Beynəlxalq İkili Diplom Proqramının direktoru Lamiyə Quliyeva, Keyfiyyət Təminat şöbəsinin müdiri Mədinə Abışova, Əsaslı kitabxananın müdiri Kamil Məmişov və Ege Universitetinin müəllimi, professor Sezai Delibacak çıxış edərək təşkilatın fəaliyyətini yüksək qiymətləndiriblər.
Daha sonra Təşkilatın sədri Aytən Hüseynova dördillik fəaliyyətlə bağlı statistik göstəriciləri və əldə edilən uğurları təqdim edib.