Aqrar Universitetdə növbəti seminar Hülya Atıl tərəfindən keçilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında 09.08.2021-ci il tarixində imzalanmış protokola əsasən beynəlxalq İkili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunmuş Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsi prosesi davam edir.

Növbəti seminar Ege Universitetinin professoru Hülya Atıl tərəfindən “Yapay zeka yöntemleri ve tarımda uygulamaları” mövzusunda təşkil olunub.

Tədbirdə Elm şöbəsinin müdiri Elçin Nəsirov, Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Aqrar Universitetdə növbəti seminar Hülya Atıl tərəfindən keçilibAqrar Universitetdə növbəti seminar Hülya Atıl tərəfindən keçilibAqrar Universitetdə növbəti seminar Hülya Atıl tərəfindən keçilib