Aqrar universitetdə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb

“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Univeritetində (ADAU) baytarlıq, aqronomluq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb.

Layihənin məqsədi aqromühəndislik və baytarlıq istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılmasıdır.

Aqrar Universitetinin maddi-texniki bazasının ən müasir tələblərə uyğun yenidən qurulması tədbirləri çərçivəsində maşın-traktor parkının istismara verilməsi, tədris mərkəzlərinin yaradılması, heyvandarlıq komplekslərinin, baytarlıq klinikasının, heyvan kəsimi sexinin, quşçuluq tədris mərkəzinin, süni mayalanma tədris mərkəzinin istifadəyə verilməsi, qeyd olunan sahələr üzrə təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaradır.

Nəzərə çatdıraq ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunacaqlar. Həmçinin kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Müraciət üçün son tarix: 28 iyul 2021-ci il
Müraciət üçün aşağıdakı linkə daxil olun: https://bit.ly/2TfsYl4
Ətraflı məlumat üçün adau.edu.az saytına daxil ola bilərsiniz.

Aqrar universitetdə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıbAqrar universitetdə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıbAqrar universitetdə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb