Aqronomluq fakültəsində “Gənc tədqiqatçılar” elmi dərnəyinin iclası keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsi TEC-in “Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının “Gənc tədqiqatçılar” adlı elmi dərnəyinin iclası keçirilib.

Dərnəkdə Aqronomluq fakültəsinin “aqronomluq” ixtisasının III kurs tələbələri Əhliman Sadıqov, Sevinc Mustafayeva “Ekoloji cəhətdən bitkilərin məhsuldarlığını azaldan səbəblər”, Vüsal Abdulov “Ekoloji təmiz məhsulun ənənəvi məhsuldan dəyərli olmasının səbəbləri”, Emin Lətifli “Ekoloji təmiz məhsul istehsalı”, “aqronomluq” (ingilis bölməsi) ixtisasının III kurs tələbəsi Orxan Qurbanov “Plant Hormones”, “Aqrobiotexnologiya və Bitkiçilik” magistr II kurs tələbələri Türkan Ağayeva “Arpa bitkisi altında ağır metalların zərərli həddinin təyini”, Ülkər Hüseynova “Biohumusun hazırlanma texnologiyası” mövzuları üzrə çıxışlar ediblər.

Daha sonra kafedra rəhbərliyi tələbələrə əkinçilik, genetika, seleksiya və toxumçuluq haqqında geniş məlumat verərək və öz tövsiyyələrini bildiriblər.

Sonda I, II və III yer tutan tələbələrə hədiyyə və bütün iştirakçılara isə təşəkkürnamə verilib.


Aqronomluq fakültəsində “Gənc tədqiqatçılar” elmi dərnəyinin iclası keçirilibAqronomluq fakültəsində “Gənc tədqiqatçılar” elmi dərnəyinin iclası keçirilibAqronomluq fakültəsində “Gənc tədqiqatçılar” elmi dərnəyinin iclası keçirilibAqronomluq fakültəsində “Gənc tədqiqatçılar” elmi dərnəyinin iclası keçirilibAqronomluq fakültəsində “Gənc tədqiqatçılar” elmi dərnəyinin iclası keçirilibAqronomluq fakültəsində “Gənc tədqiqatçılar” elmi dərnəyinin iclası keçirilibAqronomluq fakültəsində “Gənc tədqiqatçılar” elmi dərnəyinin iclası keçirilibAqronomluq fakültəsində “Gənc tədqiqatçılar” elmi dərnəyinin iclası keçirilib