Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri keçirilib.
Tədbirdən əvvəl Universitetin Şəhidlər Xatirə Kompleksi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
44 günlük Vətən müharibəsində iştirak edən tələbələr – Tural Mikayıllı, Yaqub Ağayev və Samir Əzimov döyüş yoldaşları ilə birgə keçdikləri şərəfli döyüş yolu barədə tədbir iştirakçılarına məlumat veriblər.
Daha sonra tədbir fakültə tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiyanın təqdimatı ilə davam edib.