Auditoriyadan təsərrüfata gedən yol mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Aqrar Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasında 2023–cü ilin “Heydər Əliyev İli” elan edilməsinə həsr olunan “Müasir bağçılıqda prioritet istehsal sahələrinin inkişafında elm-tədris-istehsalat texnologiyasının tətbiqi: “Auditoriyadan təsərrüfata gedən yol-2” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edənlər ölkə başçısının hər zaman kənd təsərrüfatının inkişafına diqqət yetirib, önəm verdiyini söyləyərək, aqrar sektorun problemlərindən, həlli yollarından və müəllim-tələbə münasibətlərindən danışıblar.

Sonra konfrans magistr və bakalavr tələbələrin məruzələri ilə işini davam etdirib. Yekunda müsabiqə komissiyasının qərarına əsasən ən yaxşı məruzəyə görə Yadigar İbrahimov I, Emin Lətifli II və Sevinc Nazarova III elan edilib.

Sonda iştirakçılara sertifikatlar verilib.


Auditoriyadan təsərrüfata gedən yol mövzusunda elmi-praktik konfrans keçirilibAuditoriyadan təsərrüfata gedən yol mövzusunda elmi-praktik konfrans keçirilibAuditoriyadan təsərrüfata gedən yol mövzusunda elmi-praktik konfrans keçirilibAuditoriyadan təsərrüfata gedən yol mövzusunda elmi-praktik konfrans keçirilibAuditoriyadan təsərrüfata gedən yol mövzusunda elmi-praktik konfrans keçirilibAuditoriyadan təsərrüfata gedən yol mövzusunda elmi-praktik konfrans keçirilib