Professor-müəllim heyəti üçün "Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)” mövzusunda təlimlər keçirilib
XƏBƏRLƏR
675
28 sentyabr tarixindən başlayaraq Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyətində keyfiyyət təminatı mədəniyyətini inkişaf etdirmək və laboratoriya işlərinin yerinə yetirilməsi üzrə yeni qaydaların mənimsədilməsini təmin etmək üçün Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsi tərəfindən təlimlər keçirilməyə başlanıb.
Qrafik üzrə təlimlər növbəli şəkildə Aqrotexnologiya, Aqronomluq, Aqrokimya və torpaqşünaslıq, Zoomühəndislik, Baytarlıq təbabəti və Mühəndislik fakütələrinin professor-müəllim heyəti üçün təşkil olunub.
Təlimlər Təhsildə Keyfiyyət Təminatı Agentliyinin eskperti, Ekologiya kafedrasının assistenti Mədinə Abışova tərəfindən "Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)” mövzusunda təşkil olunub.