“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti, Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, ADAU-nun Bağçılıq kafedrasının müdiri Allahverdi Seyidov, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vüsal Rzayev, Aqrar Problemlər İnstitunun direktoru Sədaqət Adıgözəlova, tələbələrin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə keçirilən konfransda çıxış edən Orxan Abbasov konfrans iştirakçılarını salamlayaraq, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının təkcə ölkəmizə deyil, bütün dünyaya qlobal çağırış olduğunu bildirib. Gələcəkdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə dəyə biləcək zərərlərin azaldılmasının və sağlam həyat konsepsiyasının yaradılmasının vacibliyini vurğulayıb.

Allahverdi Seyidov, Vüsal Rzayev, Sədaqət Adıgözəlova və digər məruzəçilər çıxış edərək dəyişkən iqlim mühitinə uyğun kənd təsərrüfatı məhsullarının istehsalı texnologiyasının mütərəqqi metodlara keçirilməsinin vacib olduğunu qeyd ediblər.

ADAU tələbələri Aytən Hüseynova, Əli Məmmədov, Qumru Quliyeva, Fatimə Namazova, Səma Qocayeva və Kəmalə Məmmədova öz tədqiqatlarını nümayiş ediblər.

Sonra tələbələr sertifikatla təltif olunub.

Sonda konfrans iştirakçıları rayonunun tarixi yerlərini ziyarət ediblər.


“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib“Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib