Kafedrada 3 istiqamətdə: meyvəçilik, tərəvəzçilik və üzümçülük ixtisasları üzrə elmi - tədqiqat işləri aparılır.
Kafedra Rusiya, Türkiyə, Polşa, Sloveniya, İtaliya və Amerika universitetlərinin müvafiq kafedraları ilə əlaqələr qurmuş, kafedra əməkdaşları ERASMUS+ və Mövlanə proqramları çərçivəsində beynəlxalq qrant layihələri (Glimmer və Nizami), həmçinin Elmin Inkişafı Fondunun layihələrini həyata keçirmişlər.
Kafedrada respublikanın əksər bölgələri ilə əlaqələr qurularaq fermer və sahibkarlara müvafiq sahələr üzrə təlimlər keçirilir, məsləhətlər verilir, elmi-tədqiqat institutları ilə təcrübə mübadiləsi aparılır, istehsalat qabaqcılları kafedraya dəvət olunur, tədris prosesinin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi məqsədi ilə alim və mütəxəssislər üçün ustad dərsləri təşkil edilir.
Tədris prosesinin istehsalatla əlaqəli aparılması üçün qabaqcıl təsərrüfatlara səfərlər təşkil olunur, müasir istixana və bağlarda çalışan magistr və bakalavr məzunlarla əlaqə saxlanılır, onlar kafedraya dəvət olunur, tələbələrin istehsalat təcrübəsinin səmərəli təşkili ilə bağlı təcrübə mübadiləsi aparılır.
Hazırda kafedraya ADAU-nun bağçılıq kafedrasının müəllimi Allahverdi Seyidov rəhbərlik edir.




Kafedranın professor-müəllim heyəti 13 nəfərdən: (1 nəfər elmlər doktoru, professor, 10 nəfər fəlsəfə doktoru, dosent, 2 nəfər assistent) ibarətdir.
KAFEDRA MÜDİRİ
Seyidov Allahverdi Kamıl oğlu
HAQQINDA MƏLUMAT (CV)
HAQQINDA MƏLUMAT (CV)
KAFEDRANIN HEYƏTİ