Ekologiya və meşəçilik kafedrası

Ekologiya və meşəçilik kafedrasıRespublikada meşəçi və ekoloq mütəxəssislərə olan zəruri tələbat nəzərə alınaraq 1989-cu ildə professor Vahid Quliyevin təşəbbüsü ilə kafedra "Ətraf mühitin mühafizəsi" adı altında yaradılmışdı. 1990-cı ildə "Meşəçilik" ixtisasına tələbə qəbulu aparıldıqdan sonra "Ətraf mühitin mühafizəsi" kafedrasının adı "Meşəçilik və ətraf mühitin mühafizəsi kafedrası", "Ekologiya" ixtisasına tələbə qəbulundan sonra isə "Ekologiya və meşəçilik kafedrası" adlandırılmışdır.

2010-cu ilədək kafedraya professor V.Quliyev, 2010-2017-ci illərdə dosent M.Ə.Bayramov rəhbərlik etmişlər.

Məşhur alim, pedaqoq, akademik Həsən Əliyevin həyatının müəyyən dövrləri, məzunu olduğu ADAU ilə bilavasitə bağlı olmuşdur. Kafedrada çalışan bir çox alimin elmi kadr kimi yetişməsində onun əvəzsiz xidmətləri vardır. 2007-ci ildən Ekologiya və meşəçilik kafedrası akademik Həsən Əliyevin adını daşıyır.

Hal-hazırda kafedra “Ekologiya” adı altında fəaliyyət göstərir, kafedraya dosent M.Ə.Bayramov rəhbərlik edir.

Ekologiya və meşəçilik kafedrasıEkologiya və meşəçilik kafedrasıEkologiya və meşəçilik kafedrasıEkologiya və meşəçilik kafedrası

Kafedranın əməkdaşları son 5 ildə 100- dən çox elmi məqalə, o cümlədən ali məktəblər üçün “Kənd Təsərrüfatı Ekologiyasından Praktikum”, “Sənaye istehsalının əsasları”, “Ekologiya”, “Sənaye və məişət tullantılarının təkrar emalı” və.s dərslik, dərs vəsaiti, proqram və metodiki göstərişlər çap etdirmişlər.

Kafedra Gəncə şəhərinin və eləcə də Respublikanın digər şəhər və rayonlarının ekoloji problemlərinin həllində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bioloji müxtəlifliyin qorunması” Departamenti və Nazirliyin rayonlarda fəaliyyət göstərən, regional ekologiya idarələri ilə sıx əlaqələr qurub.

Kafedrada “Kiçik Qafqazda təbii ehtiyatların ekoloji problemləri və həlli yolları” mövzusunda “Yay otlaqlarının ekoloji problemləri və yaxşılaşdırılması” adlı istiqamətdə elmi-tədqiqat işi aparılır.

Ekologiya və meşəçilik kafedrasıEkologiya və meşəçilik kafedrasıEkologiya və meşəçilik kafedrasıEkologiya və meşəçilik kafedrası

Universitetdə “Ekologiya” ixtisası üzrə mütəxəssis hazırlığının aparılması ilə əlaqədar kafedra Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirliyin regionlarda fəaliyyət göstərən qurumları ilə əməkdaşlıq edir, Gəncə regional ekologiya idarəsi ilə sıx şəkildə fəaliyyət göstərir.

Kafedranın professor-müəllim heyəti 14 nəfərdən (fəlsəfə doktoru, dosent – 5 nəfər (1-i ADAU-nun professoru); baş müəllim - 2 nəfər; assistent - 7 nəfər) ibarətdir.

KAFEDRA MÜDİRİ


Seyidəliyev Nizami
HAQQINDA MƏLUMAT (CV)



KAFEDRANIN HEYƏTİ
Bayramov Musa
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Səmədov Vidadi
Dosent
HAQQINDA MƏLUMAT (CV)



İbrahimov Ziyatay
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Babakişiyeva Təranə
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Qasımova İzabella
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Aslanova Elnarə
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Musazadə Tamella
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Şükürov Valeh
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Bağırova Aygün
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Abışova Mədinə
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Cabbarov Natiq
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova Şəkər
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hacıyeva Ceyhunə
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Həsənova Sima
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova Leyla
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Abbasova Günay
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Eyyubova Əfsanə
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Həsənov Kamil
Assistent
HAQQINDA MƏLUMAT (CV)