TAXIL VƏ PAXLALI BİTKİLƏR LABORATORİYASI

TAXIL VƏ PAXLALI BİTKİLƏR LABORATORİYASI
“Taxıl və paxlalı bitkilər” sahəvi laboratoriyası 1991-ci ildən fəaliyyət göstərir. Laboratoriyaya 2002-ci ilədək dosent Sevinc Mustafayeva rəhbərlik etmiş, 2002-ci ildən indiyədək dosent, Əməkdar kənd təsərrüfatı işçisi, ADAU-nun professoru Firudin Qurbanov rəhbərlik edir.

Laboratoriyanın əsas hədəfləri respublikanın müxtəlif torpaq iqlim şəraiti üçün məhsuldar, yüksək keyfiyyətli, biotik və abiotik amillərə qarşı davamlı sortların yaradılması, taxıl bitkilərinin rayonlaşdırılmış və perspektivli sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla təşkili, yeni yaradılmış məhsuldar sortların fermer təsərrüfatlarına sürətlə tətbiq olunmasına nail olmaqdır.

Laboratoriyanın əsas istiqaməti taxıl və paxlalı bitkilərin genofondunu toplamaq, onların bioloji və təsərrüfat xüsusiyyətlərini araşdırmaq, ən yaxşı formaları seçmək və onlardan başlanğıc material kimi istifadə edərək seleksiya işləri aparmaqdır.

Bu məqsədlə laboratoriyanın təcrübə sahəsində hibrid, kolleksiya və seleksiya tinglikləri yaradılmışdır ki, burada toplanmış genofond nümunələri, o cümlədən kolleksiya materialı becərilir, seleksiya işləri aparılır və ilkin toxumçuluq təşkil edilir. Laboratoriya əməkdaşları tərəfindən çarpazlaşdırma nəticəsində alınmış hibridlər ilkin sınaqdan keçirilir. Belə perspektiv formalardan 30-u müsabiqə sort sınağına keçirilmişdir.

Laboratoriya əməkdaşları tərəfindən alınmış və rayonlaşdırılaraq rəsmi Dövlət Reyestrinə salınmıış “Nurcahan” (2019) və “ADAU-100” (2020) yumşaq buğda sortlarının, “ADAU – 80” (2011), “Gəncə”(2014) və “Məhsuldar”(2016) qarğıdalı sortlarının, “Qismət”(2017) tritikale sortunun, həmçinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunmuş “Qırmızı buğda 1” yumşaq buğda sortunun toxum fondunun yaradılması istiqamətində geniş tədqiqat işləri aparılmışdır.

TAXIL VƏ PAXLALI BİTKİLƏR LABORATORİYASITAXIL VƏ PAXLALI BİTKİLƏR LABORATORİYASITAXIL VƏ PAXLALI BİTKİLƏR LABORATORİYASITAXIL VƏ PAXLALI BİTKİLƏR LABORATORİYASI
TAXIL VƏ PAXLALI BİTKİLƏR LABORATORİYASI
TAXIL VƏ PAXLALI BİTKİLƏR LABORATORİYASI
TAXIL VƏ PAXLALI BİTKİLƏR LABORATORİYASI
TAXIL VƏ PAXLALI BİTKİLƏR LABORATORİYASI
TAXIL VƏ PAXLALI BİTKİLƏR LABORATORİYASI