ADAU-da ikili diplom proqramı üzrə dərslər uğurla davam edir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin EGE Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən dərslər uğurla keçirilir.

Bu gün universitetin Aqronomluq fakültəsində Biokimya fənni üzrə EGE Universitetinin professoru prof. dr. Sinan Akgöl tərəfindən keçirilən dərsdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Kimya kafedrasının əməkdaşları da iştirak ediblər.

İkili diplom proqramı üzrə keçirilən bütün dərslər müvafiq ixtisaslar üzrə ADAU-nun professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə və elmi tədqiqatlara fərqli yanaşmalarla tanış olmaq üçün izlənilir.

ADAU-da ikili diplom proqramı üzrə dərslər uğurla davam edirADAU-da ikili diplom proqramı üzrə dərslər uğurla davam edirADAU-da ikili diplom proqramı üzrə dərslər uğurla davam edir