ADAU-da növbəti seminar Fazilet Alayunt tərəfindən keçilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında 09.08.2021-ci il tarixində imzalanmış protokola əsasən beynəlxalq İkili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunmuş Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsi prosesi davam edir.

Növbəti seminar Ege Universitetinin professoru Prof. Dr. Fazilet Alayunt tərəfindən “Tarım makinaları ve teknolojileri mühendisliği bölümünde yapılan bazı araştırmalardan örnekler” mövzusunda təşkil olunub.

Tədbirdə Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ADAU-da növbəti seminar Fazilet Alayunt tərəfindən keçilibADAU-da növbəti seminar Fazilet Alayunt tərəfindən keçilibADAU-da növbəti seminar Fazilet Alayunt tərəfindən keçilib