Aqronomluq fakültəsində “Pambıqçılığın mövcud problemləri və həlli yolları” mövzusunda təlim baş tutub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində “Pambıqçılığın mövcud problemləri və həlli yolları” mövzusunda təlim keçirilib.

Təlimdə Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının professoru, a.e.d Nizami Seyidəliyev, həmin kafedranın dosenti, a.e.f.d Elxan Allahverdiyev, Torpaqşünaslıq və aqrokimya fakültəsinin Bitki mühafizəsi kafedrasının dosenti, a.e.d. Kazım Hüseynov Bərdə rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin, “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialının əməkdaşları, torpaq mülkiyyətçiləri və fermerlərə qeyd olunan mövzuda ətraflı məlumat veriblər.

Təlim iştirakçılarına pambıqçılığın illik təqvim planı və bitki mühafızəsinə dair materiallar paylanıb.

İştirakçıları maraqlandıran məsələlər ətraflı müzakirə edilərək, suallar cavablandırılıb.

Aqronomluq fakültəsində “Pambıqçılığın mövcud problemləri və həlli yolları” mövzusunda təlim baş tutub