“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar Gənclər Təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd nəticə yönümlü, strateji və müstəqil yaradıcı düşünmə bacarığı, yetərli kommunikasiya vərdişləri, anların idarə edilməsi və idarəçilik bacarıqlarının tələbələrdə daha da inkişaf etdirilməsi olub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən Universitetin Elmi işlər üzrə prorektoru Azad İbrahimov tədbir iştirakçılarını salamlayaraq, uğurlar arzu edib. Bildirib ki, tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir.

Sonra Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini Mehrac Abbasovun “Gen mühəndisliyi: bu gün və sabah” mövzusunda çıxışı dinlənilib. Daha sonra Ege Universitetinin Bağçılıq kafedrasının müəllimi Deniz Eroğul meyvə yetişdiriciliyi ilə bağlı çıxış edib.

Təlimdə ADAU-nun Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsinin müdiri Mədinə Abışova, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, kafedra müdirləri və tələbələr iştirak ediblər.

Sual-cavabla tədbirin təlim hissəsi yekunlaşdıqdan sonra müsabiqəyə start verilib. Müsabiqədə on iki mövzu üzrə təqdimatlar dinlənilib. Müsabiqə komissiyasının qərarına əsasən I yerə IV kurs tələbəsi Çinarə Vəliyeva, II yerə II kurs magistr Nigar Kazımova, III yerə isə IV kurs Abdullah Ərdoğan layiq görülüblər.

Sonda qaliblər mükafatlandırılıb.


“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib“Qüvvət elmdədir...” adlı təlim və müsabiqə keçirilib