Tələbə Elmi Cəmiyyətinin “Yaşıl enerji” adlı tədbiri keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin Ekologiya kafedrasında “Yaşıl enerji” adlı Tələbə Elmi Cəmiyyətinin (TEC) qrafik üzrə müəyyən edilmiş tədbiri təşkil olunub.

Tədbirdə Universitetin Elmi işlər üzrə prorektoru dosent Azad Ibrahimov, Aqronomluq fakültəsinin dekan əvəzi, əkinçilik kafedrasının müdiri dosent Aynur Həsənova, Elm şöbəsinin müdiri Elçin Nəsirov, Ekologiya kafedrasının müdiri Musa Bayramov, Aqronomluq fakültəsinin Tələbə elmi cəmiyyətinin sədri Könül Babayeva, Ekologiya kafedrasının TEC sədri Mədinə Abışova, kafedranın assisenti Ceyhunə Hacıyeva və TEC-in üzvi olan tələbələr iştirak ediblər.

Mühasibat uçotu və audit (tədrisi ingilis dilində) ixtisasının tələbəsi Rahilə Hüseynova “What is ecological Economics?”, Mühasibat uçotu və audit (tədrisi ingilis dilində) ixtisasının tələbəsi Gülnar Rəhimova “Fragmentation of Economics and the Natural Sciences”, Maliyyə ixtisasının tələbəsi Yusif Əliyev “Ekoloji inqilab: Yaşıl iqtisadiyyat və texnologiyalar ”, Su bioehtiyyatları və akvabitkilər ixtisasının tələbəsi Qurbanova Nərmin “Yeni sivilizasiya dövrünün ekologiyası və ekoloji vəziyyət”, Ekologiya ixtisasının tələbəsi Əsgərzadə Cənnət “Qlobal istiləşmə” mövzusunda çıxış ediblər.

Tələbə Elmi Cəmiyyətinin “Yaşıl enerji” adlı tədbiri keçirilibTələbə Elmi Cəmiyyətinin “Yaşıl enerji” adlı tədbiri keçirilibTələbə Elmi Cəmiyyətinin “Yaşıl enerji” adlı tədbiri keçirilib